Dan Buetner adlı bir mütəxəssis uzunömürlü insanların yaşadığı əraziləri ziyarət edərək, onların qidalanmalarını müşahidə edib və bir hesabat hazırlayıb.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisin "Blue Zone" (Mavi bölgə) adı verdiyi bu ərazilərdə uzunömürlü insanların qidalanmalarında bu 3 qaydaya əməl etdikləri deyilir:
Tərəvəz yeyin - Uzunömürlü insanlar əsasən bitkilərlə qidalanırlar, ona görə də bol şəkildə tərəvəz qəbulu vacibdir.
Şəkəri minimuma endirin - uzunömürlü insanların əksəriyyəti sadəcə təbii şəkərdən, onu da az miqdarda qəbul edirlər.
Su için - "Mavi Zona"da yaşayan sakinlərin əsasən su, qəhvə, çay və qırmızı şərab içdiyi qeyd edilib.(metbuat.az)