Yandex watch
Uzun ömrün sirri bu

Uzun və sağlam həyat üçün şirniyyatdan tam imtina etməyə ehtiyac yoxdur. Pəhriz mütəxəssisləri uzunömürlü bölgələrdə yaşayan insanların vərdişlərini nəzərə alaraq sağlam şokoladlı mus resepti hazırlayıblar.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu desert xurma, üzvi tofu və tapyoka unu kimi super qidalardan ibarətdir. Xurma qan şəkərini və xolesterini tənzimləməyə kömək edir. Tofu isə ürək, beyin və sümük sağlamlığını dəstəkləyən yüksək keyfiyyətli zülal mənbəyidir.

Ənənəvi desertlərdən fərqli olaraq, bu reseptdə zərif şəkər yoxdur və tünd şokoladın faydalarını qoruyaraq sağlam alternativ təklif edir.

Tərkibi:

- 8 ədəd quru xurma

- 2 paket (təxminən 350 q) üzvi silken tofu

- 3 çay qaşığı vanil ekstraktı

- ½ stəkan kakao tozu

- 2 xörək qaşığı tapyoka unu

- 1 xörək qaşığı xurma kremi (istəyə görə)

Hazırlanması:

- Xurmaları yarım saat isti suda isladın.

- Tofunu 10 dəqiqə buxarda bişirin və soyudun.

- Bütün inqrediyentləri blenderdə krem halına gələnə qədər qarışdırın.

- Qarışığı desert qablarına tökün və soyuducuda bir neçə saat saxlayın.

Şəkərsiz, lakin ləzzətli bu desert sağlam qidalanmaq istəyənlər üçün mükəmməl seçimdir!

Tərcümə: Könül Oruc

E-saglam.az