Gözəllik-dəb
Üzün bu hissəsindəki sızanaqları qəti sıxmayın -
Gözəllik-dəb
218

Üzün bu hissəsindəki sızanaqları qəti sıxmayın - "Ölüm üçbucağı"dır

Üzünüzdəki sızanaqları sıxan insanlar diqqətli olmalıdırlar: bunun çox arzuolunmaz olduğu bir sahə var.

E-saglam.az xəbər verir ki, Nyu Yorkdakı Mount Sinai Xəstəxanasının dermatologiya kafedrasının dosenti Joshua Zeichner deyir ki, bu sahə "ölüm üçbucağı" adlandırılıb.

Bu, burun və çənə arasındakı — yəni burun, dodaq üstü və ağız kənarlarını əhatə edən sahədir. Bu bölgədəki damarlar bəzən qaraciyərdən keçmədən birbaşa beyinə gedə bilər.

 

Məhz buna görə, burun və ağız künclərini birləşdirən bu üz nahiyəsi “təhlükəli üçbucaq” adlandırılır. Çünki bu sahədə yaranan infeksiyalar (məsələn, sızanaq sıxmaq və ya irinli yaralar) birbaşa beyinə yayıla bilər və ciddi fəsadlara, hətta həyati təhlükəyə səbəb ola bilər.

"Ölüm üçbucağında" sızanaqların sıxılması, kəllə dibində venada qan laxtasının əmələ gəldiyi kavernöz sinus trombozunun inkişaf riskini artırır. Həmçinin, diqqətli olmasanız, sonradan çapıqlara çevrilə bilən çapıqlar və hətta qabıqlar əmələ gələ bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun