Xəbərlər
Üzük falı, duzlu kökə və daha nələr... -
Xəbərlər
13

Üzük falı, duzlu kökə və daha nələr... - Ən məşhur İlaxır çərşənbə falları

Azərbaycanda Novruz bayramı öncəsi dörd çərşənbənin sonuncusu - İlaxır çərşənbə qeyd olunur. Xalq arasında "Torpaq çərşənbəsi" kimi tanınan bu gün təkcə təbiətin oyanışı deyil, həm də minilliklərdən süzülüb gələn sirli inanclar və fallarla zəngindir.

Bəs, bu axşam hansı fallara baxmaq olar?

559401

1. Qapı pusmaq: Bu falın ən vacib şərti evlərdə xoş sözlərin danışılmasıdır. Niyyət tutub qonşu qapısını pusan şəxs eşitdiyi ilk sözə görə ilin necə keçəcəyini yozur. Əgər xoş söz eşidilərsə, niyyətin həyata keçəcəyinə inanılır.

559405

2. Üzük falı: Subay qızların ən çox müraciət etdiyi faldır. Bir stəkan suya saç telinə bağlanmış üzük salınır. Üzük stəkanın divarlarına neçə dəfə dəyərsə, həmin qızın o yaşda ailə quracağına inanılır.

559399

3. Duzlu kökə: İlaxır çərşənbəsində edilən digər məşhur fal növlərindən biri duzlu kökə falıdır. Bu falda axşam duzlu kökə yeyilir və su içilmədən yatılır. İnanca görə, yuxuda su verən şəxs gələcək qismət sayılır.

4. İynə falı: Bir başqa maraqlı fal növlərindən biri də iynə falı hesab olunur. Su ilə doldurulmuş qabın içinə iki iynə salınır. İnanca görə, iynələr suyun üzərində bir-birinə doğru hərəkət edib yaxınlaşarsa, bu, sevgi və qismətin yaxınlaşması kimi yozulur. Əgər iynələr bir-birindən uzaq düşərsə, niyyətin həyata keçməsi üçün hələ zamanın yetişmədiyi düşünülür.

559406

5. Alma falı: Axır çərşənbə gecəsi ilə bağlı maraqlı inanclardan biri də alma ilə edilən faldır. İnanca görə, həmin gün alma yeyilir, gecə isə almanın toxumları sayılır. On ədəd toxum dənəsi yastığın altına qoyularaq yatılır. Deyilənə görə, insan yuxuda gələcək qismətini görə bilər.

Az bilinən fal növlərindən biri də alma qabığı falıdır. Bu fal zamanı qızlar almanı soyarkən qabığın qırılmamasına və mümkün qədər uzun çıxmasına çalışırlar. Daha sonra qabıq arxaya doğru atılır. İnanca görə, yerə düşən qabığın forması hansı hərfə bənzəyərsə, gələcək həyat yoldaşının adının həmin hərflə başlayacağı düşünülür.

6. Suya baxmaq falı: Bir kasa su doldurulur və içinə bir neçə damcı əridilmiş şam damızdırılır. İnanca görə, şamın su üzərində yaratdığı formalar hərflərə bənzəyir. Həmin hərf, fal açılan şəxsin qismətindəki gələcək həyat yoldaşının adının ilk hərfi kimi yozulur.

Ölkə.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun