Yandex watch
Üzgərmə əməliyyatı etdirən qadın

10 ay öncə üzgərmə əməliyyatı olunan xanım həkim Sevinc Heydərovadan şikayətçidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mövzu bir neçə gün öncə Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” proqramında işıqlandırılıb.

Uğursuz əməliyyat keçirdiyindən gileylənən Fərqanə adlı qadın bildirib ki, 10 ay keçməsinə baxmayaraq, üzündə izlər qalıb. Lakin həkim ona bu izlərin 6 ay ərzində keçib gedəcəyini bildiribmiş. Onun sözlərinə görə, məsələ ilə əlaqədar ekspertizadan keçib, rəyi gözləyir: “Əməliyyat reklam qarşılığında olmuşdu. Ekspertiza deyir ki, həkim səhvi deyil. Bu, xırda kosmetoloji problemdir. Məsələyə hüquqi müstəvidə baxılacaq”.

Səslənən iddialara görə, Sevinc Heydərova ixtisasca estetik cərrah deyil. 

Məsələni hazırda Amerikada yaşayan jurnalist Qənirə Ataşova da gündəmə gətirib. O deyib ki, ünvanına buna bənzər çoxlu şikayətlər gəlir: “Özünü estetik cərrah kimi tanıdan bu və digər “həkimlər” insanların sağlamlığını və etibarını məhv edir. Niyə belə hallar baş verir? Cavab sadədir. İxtisaslaşmamış şəxslər “butik” tipli xəstəxanalarda yalan və fırıldaqla özlərinə mövqe qazanırlar. Təmirli otaqlar, rəngli masalar, çərçivəyə salınmış saxta sertifikatlar məni də inandıra bilər. Dünyada bunu edənlərin bir adı var “İctimai fırıldaqçılıq”.

Günlərdir müzakirələr yaradan bu hadisə ilə bağlı S. Heydərova ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizi açan xanım bildirdi ki, həkim məsələ ilə bağlı açıqlama vermək istəmir. 

O, sosial şəbəkə hesabının hekayə bölməsində açdığı sual-cavabda isə məsələni şou adlandırıb. 

Qeyd edək ki, daha öncə Xalq artisti Flora Kərimova da həkimi uğursuz əməliyyata görə məhkəməyə verib. 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks-fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endokrinoloq, nevroloq, sonra isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.

E-saglam.az