Sağlamlıq
ÜST: Hər il milyonlarla gənc tütün sənayesinin qurbanı olur
Sağlamlıq

ÜST: Hər il milyonlarla gənc tütün sənayesinin qurbanı olur

“Hər il milyonlarla gənc tütün sənayesinin manipulyasiya taktikasının qurbanı olur”.

E-saglam.az “Report”a istinadən xəbər verir ki, bunu Cenevrədə keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sağlamlığın möhkəmləndirilməsi departamentinin direktoru Rüdiqer Krex bildirib.

Onun sözlərinə görə, sənaye uşaqlara çatmaq üçün rəqəmsal və sosial media, çatdırılma xidməti proqramları və digər innovativ yollardan istifadə edir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada 13-15 yaşlı təxminən 37 milyon uşaq tütündən istifadə edir.

“Bir çox ölkələrdə yeniyetmələr arasında elektron siqaretdən istifadə böyüklərinkindən çoxdur. ÜST-nin Avropa regionunda sorğuda iştirak edən 15 yaşlı gənclərin 20%-i son 30 gündə elektron siqaretdən istifadə etdiyini bildirib”, - hesabatda deyilir.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun