Tibbi xəbərlər
Tibbi xəbərlər
98

UŞAĞINIZ TEZ-TEZ XƏSTƏLƏNİR? "Sağlam Söhbət" podkastı

Uşağınız tez-tez xəstələnir? Qızdırması qalxanda nə etməli olduğunuzu bilirsinizmi? Antibiotik hər zaman lazımdırmı? Kondisioner uşağı həqiqətən xəstələndirir? Bəs vitaminlər və qida əlavələri uşaqların immunitetini nə dərəcədə gücləndirir?

“Sağlam Söhbət” podkastının bu buraxılışında pediatr Günay həkimlə valideynlərin gündəlik həyatda qarşılaşdığı ən aktual uşaq sağlamlığı mövzularını müzakirə etdik.

Bu söhbətdə uşaqlarda tez-tez xəstələnmənin səbəblərindən, immunitetdən, antibiotik istifadəsindən, qızdırma zamanı düzgün yanaşmadan, probiotik və vitaminlərdən, qidalanmadan, boy və çəki problemlərindən, yuxudan və valideynlərin internetdə oxuduqları tibbi məlumatlara nə qədər güvənməli olduğundan danışırıq.

Həmçinin podkastın sonunda “Doğrudur, yoxsa mif?” rubrikasında valideynlər arasında geniş yayılan bir sıra fikirləri pediatrla birlikdə yoxlayırıq.

Bu video xüsusilə övladının sağlamlığı ilə bağlı doğru və etibarlı məlumat almaq istəyən valideynlər üçün hazırlanıb.

Videonu bəyənməyi, kanalımıza abunə olmağı və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın.

#SağlamSöhbət #Pediatr #UşaqSağlamlığı #Valideyn #Uşaqlar #İmmunitet #Antibiotik #Qızdırma

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun