Uroloq, androloq, tibb elmləri doktoru Aleksandr Lubennikov bildirib ki, 30 yaşdan yuxarı kişilərdə testosteron istehsalı tədricən azalır, lakin onu müəyyən meyvə və tərəvəzlərin köməyi ilə artırmaq olar
E-saglam.az xəbər verir ki, həkim bunu öz "Telegram" kanalında qeyd edib.
Uroloq bildirib ki, əgər kişi optimal çəki saxlayırsa və sağlam həyat tərzi keçirirsə, o zaman testosteron səviyyəsi kifayət qədər səviyyədə qalır. Əks halda, xaya disfunksiyası inkişaf edə bilər, libido, əzələ kütləsi və sümük sıxlığı azala bilər.
Həkim əlavə edib ki, bəzi qidalar var ki, testosteron səviyyəsinə faydalı təsir göstərir. "Xüsusi faydalı birləşmələr kəklikotu, kərəviz, cəfəri, üzüm, alma, paxlalılar, pomidor, yaşıl çay", - deyə Lubennikov sadalayıb.
"Düzgün qidalanmaqla, testosteron da daxil olmaqla istənilən hormonun normal sintezini saxlamaq şansınız daha yüksəkdir", - deyə həkim qeyd edib.
Tərcümə: Könül Oruc