Mütəxəssislər bildirir ki, infarktların 80%-i həyat tərzi ilə önlənə bilər.
E-saglam.az bildirir ki, aşağıdakı sadə, lakin təsirli vərdişlər dərmansız ürək qorumasının əsaslarını təşkil edir:
1. Gündə 25–30 qram lif qəbul edin
Yulaf, paxlalılar, meyvə və tərəvəzlər LDL xolesterolu azaldır, insulinə həssaslığı artırır və toxluq hissi yaradır.
2. Gündə 30 dəqiqə gəzinti edin
Templi gəzinti qan təzyiqini azaldır, ürək əzələsini gücləndirir, damar elastikliyini artırır.
3. Duzun əvəzinə kalium qəbul edin
Kaliumla zəngin qidalar (banan, avokado, ispanaq) təzyiqi tənzimləyir və infarkt riskini azaldır.
4. Spirt və şəkəri məhdudlaşdırın
Həddindən artıq spirt və şəkər ürək ritmini pozur, damar zədələnməsinə səbəb olur.
5. Omega-3 yağ turşularını unutmayın
Balıq, qoz, kətan toxumu ürək ritmini qoruyur, iltihabı azaldır.
6. Aralıq dənizi pəhrizi tətbiq edin
Zeytun yağı, balıq, tərəvəz və tam taxıllı qidalar ürək riskini 30% azaldır.
7. Yuxuya önəm verin
Gecə 6 saatdan az yatmaq infarkt riskini artırır. Keyfiyyətli yuxu ürəyi qoruyur.
8. Maqnezium qəbulunu artırın
Maqnezium çatışmazlığı ürək ritmini poza bilər. Badam, yaşıl yarpaqlı tərəvəzlər faydalıdır.
9. Stressi və təkliyi azaldın
Davamlı stress və sosial təcrid ürək xəstəliklərini təşviq edir. Sosial dəstək qoruyucudur.
10. Bağırsaq florasını qoruyun
Kefir, təbii qatıq və lifli qidalar sağlam bağırsaq mikrobiomu yaradaraq ürəyi dəstəkləyir.
Ürək üçün 5 super qida
Yulaf – xolesterolu azaldır
Zeytun yağı – antioksidanlarla zəngin
Somon balığı – omega‑3 mənbəyi
Tünd şokolad (≥70%) – damar elastikliyini artırır
Badam – maqnezium və E vitamini ilə zəngindir
Qırmızı ət nə qədər olmalıdır?
Ürək sağlamlığı üçün qırmızı ətə həftədə maksimum 1–2 dəfə, az miqdarda və yağsız formada yer vermək tövsiyə olunur.
Tərcümə: Könül Oruc