Sağlamlıq
Ürəyin sağlamlığını qoruyan
Sağlamlıq

Ürəyin sağlamlığını qoruyan MÜKƏMMƏL QARIŞIQ

Düzgün və sağlam qidalanma ürəyin və damarların sağlamlığında olduqca böyük rol oynayır. Bəzi məhsullar var ki, onları ürək üçün əsl təbii dərman hesab etmək olar.

Bu məhsulları qidalanmaya daim daxil etməklə ürəyinizi cavan və sağlam saxlaya bilərsiniz.

E-saglam.az sizə ürək-damar sistemi üçün çox faydalı qarışığın reseptini təqdim edir.

Bu mükəmməl qarışıq ürək üçün olduqca faydalı olan 2 məhsuldan ibarətdir - pomidor şirəsi və zeytun yağı.

Gündə 1 dəfə yeməkdən 40 dəqiqə sonra 1 çay qaşığı zeytun yağı əlavə olunmuş 1 stəkan təzə pomidor şirəsini için (duz əlavə olunmur!).

Qarışığın faydaları:

- ürəyi möhkəmləndirir

- yüksək arterial təzyiqi aşağı salır

- damarları möhkəmləndirir, onların elastikliyini artırır

- damarları təmizləyir

- damarlarda trombların əmələ gəlməsi riskini azaldır

- xolesterolun səviyyəsini aşağı salır

- qanın tərkibini yaxşılaşdırır.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı bu qarışığın istehlakı sağlamlığa ziyan vura bilər. Bu bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (qastrit, xora və s.), böyrək və öd daşı xəstəliyi, podaqra və s. (Saglamolun)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun