Avokadonun ürək sağlamlığından göz sağlamlığına qədər faydaları saysız-hesabsızdır. Lakin mütəxəssislər avokadonun yüksək yağ tərkibi ilə bağlı xəbərdarlıq edir və gündə yarım avokado istehlak etməyi məsləhət görürlər.
E-saglam.az avokadonun faydalarını təqdim edir:
XOLESTEROLU AZALDIR: Avokado doymamış yağ turşuları ilə zəngindir. Bu yağlar ürək sağlamlığını qoruyur və pis xolesterin səviyyəsini aşağı salmağa kömək edə bilər.
QAN TƏZYİQİNİ TƏNZİMLƏYİR: Tərkibində kalium, K vitamini, E vitamini, C vitamini və B vitamini kimi bir çox vitamin və mineral var. Xüsusilə kalium qan təzyiqini tənzimləməyə kömək edir.
PƏHRİZ ÜÇÜN ÖNƏMLİDİR: Həzm sağlamlığını dəstəkləyən və toxluq hissi verən pəhriz lifi ilə zəngindir. Bu, çəki nəzarətinə də kömək edə bilər.
GÖZ SAĞLIĞINI DƏSTƏKLƏYİR: Tərkibində göz sağlamlığı üçün vacib olan lutein və zeaksantin kimi antioksidanlar var. Bu maddələr yaşa bağlı makula degenerasiyası və katarakt riskini azalda bilər.
ÜRƏK DOSTU: Avokadonun tərkibindəki sağlam yağlar və kalium ürək sağlamlığını qorumağa kömək edir.
DƏRİNİ TƏZƏLƏYİR: Avokado yağı dərini nəmləndirir və saçların parlaq və güclü olmasına kömək edir. Tərkibindəki E vitamini sayəsində dəridə hüceyrə yenilənməsini dəstəkləyir.
QAN ŞƏKƏRİNİ TƏNZİMLƏYİR: Aşağı glisemik indeksə malik olduğu üçün qan şəkərini ani artımlardan qoruyaraq tarazlıqda saxlayır.
İLTİHABI AZALDIR: Tərkibindəki antioksidantlar və sağlam yağlar sayəsində bədəndəki iltihabı azaldır. Xroniki xəstəliklərin qarşısının alınmasına kömək edir.
Tərcümə: Könül Oruc