Ürəyi möhkəmləndirən
Ürəyi möhkəmləndirən

Zəfəran dünyada ən bahalı və nadir ədviyyat sayılır. 1 il ərzində bütün dünyada yalnız 200-300 ton zəfəran istehsal olunur. Ən yaxşı zəfəran Hindistan zəfəranı sayılır.

Zəfəran bir çox xəstəliklər və pozulmalar (göz, sidik-cinsiyyət, ürək-damar, nəfəsalma sistemi xəstəlikləri və s.) zamanı müalicəvi vasitə kimi geniş istifadə olunur.

Zəfəran ürək üçün olduqca faydalıdır. Onun tərkibində "qlikozid" maddəsi var. Bu maddə ürəyin fəaliyyətini stimullaşdırır, yaxşılaşdırır, ürəyin sağlamlığını qoruyur.

Sizə ürəyi möhkəmləndirən zəfəran suyunun reseptini təqdim edirik:

Zəfəran üyüdülür, yarım çay qaşığı götürülür, üzərinə 1 stəkan qaynar su əlavə olunur. Zəfəran suyu hazırdır. Suyu tünd şüşədən olan kiçik butulkaya tökün və soyuducuda saxlayın.

Müalicəvi zəfəran suyunu gündə 2 dəfə yeməkdən əvvəl 1 x.q. olmaqla qəbul edin. (saglamolun.az)

E-saglam.az