Qidalanma
Ürəyi gücləndirən 4 meyvə: Daimi istehlak xolesterol səviyyəsini
Qidalanma
345

Ürəyi gücləndirən 4 meyvə: Daimi istehlak xolesterol səviyyəsini tarazlayır

Aparılan araşdırmalar göstərir ki, bəzi meyvələrin müntəzəm qəbulu xolesterol səviyyəsini tənzimləyərək ürək sağlamlığını dəstəkləyə bilər.

E-saglam.az xəbər verir ki, “The Times of India” nəşri banan, avokado, qreypfrut və almanı bu baxımdan xüsusilə faydalı meyvələr kimi təqdim edir.

Xolesterol nədir və niyə önəmlidir?

Xolesterol – bədənin özündə istehsal olunan yağlı maddədir və hüceyrə sağlamlığı üçün vacib rol oynayır. Lakin bu maddənin iki növü mövcuddur:

  • LDL (aşağı sıxlıqlı lipoprotein) — “pis” xolesterol adlandırılır, damar divarlarında yığılaraq ürək və damar xəstəliklərinə yol açır.

  • HDL (yüksək sıxlıqlı lipoprotein) — “yaxşı” xolesterol sayılır və pis xolesterolun bədəndən xaric olunmasına kömək edir.

Xolesterolun tarazlanması üçün tövsiyə edilən 4 meyvə:

1. Qreypfrut və digər sitrus meyvələri

Qreypfrutun qan yağlarına müsbət təsir göstərdiyi bildirilir. Lakin qeyd edilməlidir ki, statin qrupu xolesterol dərmanları qəbul edən şəxslər (məsələn: atorvastatin, simvastatin) qreypfrut yeməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər, çünki bu meyvə bəzi dərmanlarla qarşılıqlı təsirə girə bilər.

2. Alma

Alma tərkibindəki həll olunan lif və antioksidant polifenollar sayəsində LDL səviyyəsinin azalmasına kömək edə bilər. Gündə bir alma yemək sadə və təsirli bir vərdiş olaraq tövsiyə olunur.

3. Avokado

Tərkibindəki mono doymamış yağ turşuları ilə tanınan avokado həm ürək, həm də damar sağlamlığı üçün faydalı hesab olunur. Daimi istehlak pis xolesterol səviyyəsini aşağı sala bilər.

4. Banan

Banan bitki sterollarıhəll olunan liflərlə zəngindir. Bu maddələr bağırsaqlarda xolesterolun sorulmasını azaldır və artıq xolesterolun orqanizmdən xaric olunmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun