Terapevt Elvira Xaçirova ürək və qan damarlarının sağlamlığı üçün ən faydalı vərdişlərdən birinin yerimək olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, gündə bir neçə dəfə 10-15 dəqiqəlik gəzinti belə ürək əzələsini möhkəmləndirir, xolesterini azaldır və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.
Amerika Ürək Assosiasiyası da həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyət (məsələn, gündə 30 dəqiqə sürətli gəzinti) və ya 75 dəqiqə qaçış tövsiyə edir.
Xaçirova vurğulayıb ki, gəzinti hər yaş və hazırlıq səviyyəsi üçün təhlükəsizdir, qaçış isə daha çox enerji tələb edir və zədə riski daşısa da, daha sürətli nəticə verir.
Həkimin məsləhəti: idmana yeni başlayanlar gəzinti ilə başlamalı, sonra yavaş-yavaş temp və müddəti artırmalıdır.
Tərcümə: Könül Oruc