Ürək və kişi reproduktiv sistemi üçün faydalı olan
Ürək və kişi reproduktiv sistemi üçün faydalı olan

Ürək və kişi reproduktiv sistemi üçün faydalı olan unikal tərəvəz...

Qulançar dəmir çatışmazlığı anemiyası və ürək xəstəliklərinə faydalıdır. Bundan əlavə, kişi reproduktiv sisteminin fəaliyyətini yaxşılaşdırır.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, qastroenteroloq və diyetoloq Nuriya Dianova "Sputnik" radiosuna müsahibəsində tərəvəzin bu və digər faydalı xüsusiyyətlərindən danışıb.

Mütəxəssis qeyd edib ki, qulançar mövsümi məhsuldur, may ayında yetişir. Onun sözlərinə görə, bu bitkinin gənc yarpaqları A, B, E və C vitaminləri, eləcə də kaliumla zəngindir ki, bu da onları ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün xüsusilə faydalı edir. Bundan əlavə, Dianova bildirib ki, qulançarın tərkibində bədən üçün lazım olan minerallar var - dəmir, maqnezium, mis və manqan. "Ona görə də bu, dəmir çatışmazlığı anemiyasından əziyyət çəkən qadınlar üçün faydalı məhsuldur”, - deyə həkim qeyd edib.

Dianova qulançarın başqa bir qiymətli xüsusiyyətini kişi reproduktiv sisteminin işinin yaxşılaşdırılması ilə əlaqələndirib. Onun sözlərinə görə, bu bitkinin pəhrizə daxil edilməsi testosteronun səviyyəsini artırır.

Diyetoloq qulançarın aterosklerozun qarşısının alınması üçün uyğun olduğunu da qeyd edib. Tərkibindəki aspartik amin turşusu sayəsində qulançar həm də orqanizmi zərərsizləşdirməyə kömək edir.

Bundan əlavə, Dianova qeyd edib ki, qulançar yumşaq lifin yaxşı mənbəyidir və az kalori ehtiva edir, 100 qram məhsulda cəmi 20 kilokalori var.

Diyetoloq vurğulayıb ki, mədə-bağırsaq xəstəlikləri və pankreatitin kəskinləşməsi zamanı qulançar yemək olmaz. Ayrıca, bu tərəvəz gut olan xəstələrdə kontrendikedir, çünki kəskinləşmə və ağrılara səbəb ola bilər.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az