Sağlamlıq
Ürək sağlamlığı üçün ideal içki müəyyən olunub -
Sağlamlıq

Ürək sağlamlığı üçün ideal içki müəyyən olunub - Ani ölüm riskini 19 faiz azaldır

Uzun illər yaşıl çay içən insanların ürək xəstəliklərinə tutulma riski daha azdır.

E-saglam.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Yeni Cənubi Uels Universitetinin ( Avstraliya ) alimləri yaşıl çayı ürək sağlamlığı üçün ideal içki adlandırıblar, çünki onların araşdırması müəyyən edib ki, bu içkinin içilməsi ürək-damar xəstəliklərindən ani ölüm riskini 19 faiz azaldır.

Qəhvə, mütəxəssislərin qeyd etdiyi kimi, ürək üçün də faydalıdır, lakin bu, daha çox kişilərə aiddir.

Qeyd olunur ki, tədqiqatın nəticələrinə görə, yaşıl çayın tərkibindəki polifenollar güclü antioksidant rolunu oynayır: onlar qanı zərərli molekullardan təmizləyir, hüceyrələrin zədələnməsinin qarşısını alır, hüceyrələrdə oksidləşdirici stressi azaldır və maddələr mübadiləsini yaxşılaşdırır.

Nutritionist Carrie Ruxton izah etdi ki, gündə hər əlavə çay stəkanı ürək-damar xəstəliklərindən vaxtından əvvəl ölüm riskini dörd faiz azaldır. Bu baxımdan o hesab edir ki, uşaqlıqdan çay içmək vərdişini inkişaf etdirmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun