Sağlamlıq
Ürək-damar sisteminə faydalı, xolesterolu azaldan
Sağlamlıq

Ürək-damar sisteminə faydalı, xolesterolu azaldan - sadə qidalar

E-saglam.az  xəbər verir ki, bu sözləri diyetoloq Lauren Manaker deyib. 

Onun sözlərinə görə, cəmi 30 qram proteinli qidaları (ət, quş əti, yumurta, soya) dörddə bir stəkan paxlalılar ilə əvəz etmək xolesterol səviyyəsini 10 faizdən çox azalda bilər. Həmçinin yarım stəkan paxlalı yemək orqanizmi əhəmiyyətli miqdarda lif, maqnezium, mis və kaliumla təmin edir.

Mütəxəssis qida rasionuna göbələk və gavalı da əlavə etməyə çağırıb. Göbələklər beta-qlükanlar və xitin ehtiva edir ki, bu da pis xolesterolu azaltmağa və potensial olaraq yaxşı xolesterolu artırmağa kömək edir, gavalı isə ürək sağlamlığını dəstəkləyən lif və qida mənbəyidir.

Diyetoloq vurğulayıb ki, makadamiya qoz-fındıqları da ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Onlar zeytun yağında olanlara bənzər mono doymamış yağlarla zəngindirlər. Bu yağlar xolesterol səviyyəsini aşağı salır və antioksidantlar və pəhriz lifi mənbəyidir. 

Sarımsaq, tərkibindəki allisin səbəbiylə ürək və qan damarlarına faydalı təsir göstərən xolesterol səviyyəsini də azalda bilər. 

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun