Xəbərlər
Ümumrespublika Təmizlik Marafonu başlayıb
Xəbərlər
237

Ümumrespublika Təmizlik Marafonu başlayıb

“Təmiz ölkəm” devizi altında keçirilən Ümumrespublika Təmizlik Marafonu bu gün Xəzər dənizinin Sumqayıt sahilində, İsmayıllı rayonu Talıstan, Şəki rayonu Kiş, Qusar rayonu Qusar, Xızı rayonu Giləzi, Cəlilabad rayonu Göytəpə meşəbəyliklərində, Qubadlı rayonu Tinli kəndi, Tovuz rayonu Muncuxlu kəndi ərazisində, Lənkəran rayonu Xanbulan gölü ətrafında, Türyançay çayının Ağdaş rayonu ərazisindən keçən hissəsində və digər ərazilərdə keçirilib.

Bu barədə E-saglam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

ETSN-in, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının əməkdaşlarının, Sumqayıt Futbol Klubunun, 2 saylı Bərpa Tikinti İdarəsinin, Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin, yerli sakinlərin və ekokönüllülərin iştirakı ilə keçirilən aksiyalar zamanı 3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

Bildirilib ki, təmizlik aksiyalarının keçirilməsində əsas məqsəd hər kəsi ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, onları alışılmış vərdişlərdən uzaqlaşdırmaq və bu işlərə daha geniş kütləni cəlb etməklə təbiət ərazilərinin təmizliyinə nail olmaqdır.

Qeyd edək ki, marafon bu gündən etibarən hər həftənin 4 və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun