Öz evində 2-ci mərtəbədən yıxılaraq beton zəminə düşən və ilkin olaraq başqa tibb müəssisəsinə aparılan pasiyent haqqında vəziyyətin kritik və həyati təhlükəli olduğu bildirilib.
E-saglam.az xəbər verir ki, sağlamlıq durumu ağır olduğundan pasiyent daha sonra Məlhəm Beynəlxalq Hospitala yönləndirilib.
Xəstəxanada aparılan müayinələr nəticəsində pasiyentdə kəllə qapağında yerdəyişmiş sınıqlar, qapalı kəllə-beyin travması, beynin müxtəlif paylarında ciddi qanaxma və zədələnmələr aşkarlanıb. O, dərhal reanimasiya şöbəsində nəzarətə götürülüb. Vəziyyəti stabilləşdikdən və qanaxma nəzarət altına alındıqdan sonra pasiyent əməliyyata alınıb.
Neyrocərrah Uzm. Dr. Teyyub Həsənovun həyata keçirdiyi cərrahi müdaxilə ilə kəllə sümüklərinin anatomik bütövlüyü bərpa olunub. Əməliyyatdan sonra pasiyent süni tənəffüs aparatından ayrılıb, fizioterapiya və infeksiya əleyhinə müalicə uğurla davam etdirilib.
Əməliyyatdan əvvəl sol əl və sol ayaqda nevroloji defisit müşahidə olunsa da, 2 həftə ərzində aparılan kompleks müalicə nəticəsində bu defisit tam aradan qalxıb. Hər iki ətrafda əzələ gücü bərpa edilib və pasiyent palata şəraitinə köçürülüb.
Məlhəm Beynəlxalq Hospitalın həkimləri pasiyentin bərpasının davamlı şəkildə izlənəcəyini bildiriblər.
Məlhəm Beynəlxalq Hospital ilə əlaqə:
Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan