Xəbərlər
Türkiyəli aktyor vida mesajı yazaraq vəfat etdi - FOTO
Xəbərlər
309

Türkiyəli aktyor vida mesajı yazaraq vəfat etdi - FOTO

Məşhur türkiyəli teatr və kino aktyoru Genco Erkal vəfat edib.

E-saglam.az xəbər verir ki, bu barədə informasiyanı "Haber Global" telekanalı yayıb.

Məlumata görə, bir müddətdir qan xərçəngi ilə mübarizə aparan Genco Erkal 86 yaşında dünyasını dəyişib.

 

"Əlvida dostlarım, əlvida! Sizi canımda, canımın içində, mübarizəmi isə başımda aparıram. Əlvida, dostlarım mənim... Şəkillərdəki quşlar kimi sahildə düzülüb mənə dəsmal yelləməyin… İstəmərəm.. Tək hecasız əlvida…" - deyə paylaşımda yazılıb.

Həmçinin Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da "X" hesabında Genco Erkalın ölümü ilə bağlı paylaşım edib.

"Ustad teatr və kino aktyoru Genco Erkalın vəfatını dərin bir kədərlə öyrəndim. Mərhuma Allahdan rəhmət diləyirəm, ailəsinə, yaxınlarına və bütün sənət ictimaiyyətinə başsağlığı verirəm", - deyə nazir bildirib.(bizimmedia.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun