Qidalanma
Türkiyədə qadın qızardılmış toyuq yedikdən sonra
Qidalanma

Türkiyədə qadın qızardılmış toyuq yedikdən sonra dünyasını dəyişdi

Türkiyənin Dənizli şəhərinin Merkezefendi rayonunda may ayında dünyasını dəyişən qadının toyuqdan zəhərlənərək öldüyü müəyyən edilib.

Bu barədə E-saglam.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, boşandığı əri Ümit Yeşil ilə birlikdə yaşayan Cennet Özveren adlı qadın mayın 12-də yatağında ölü tapılıb.

Ümit Yeşil polisə verdiyi ifadəsində hadisədən bir gün əvvəl qızardılmış toyuq aldıqlarını, onu yedikdən sonra zəhərləndiklərini və xəstəxanada müalicə olunduqlarını bildirib. Bu səbəbdən Özverenin ölümü şübhəli bilinib və cəsədi autopsiya üçün Antalya Ədliyyə Tibb Qurumuna göndərilib. Ötən gün açıqlanan autopsiya hesabatında qadının toyuqdan zəhərləndiyi və buna görə həyatını itirdiyi qeyd edilib.

Özveren və Yeşilin qızardılmış toyuq aldıqları mağazanın müdiri həbs olunub.(Oxu.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun