"Turan Tovuz" klubunun insult keçirən baş meneceri İman Həsənov müalicəsini ev şəraitində davam etdirir".
E-saglam.az xəbər verir ki, bu barədə "Report"a klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.
O, atasının vəziyyətinin yaxşıya doğru getdiyini bildirib:
"Artıq 3 gündür ki, atam evə buraxılıb. Müalicəsini ev şəraitində alır və həkim nəzarətindədir. Sağ əli və nitqində problemlər var. Bununla belə, həkimlər təxminən 1 ay ərzində onun səhhətində böyük irəliləyişin olacağını bildiriblər. Hazırda şüuru yerindədir və hamını tanıya bilir. Müəyyən sözlər var ki, onları söyləməyə çalışır".
İ.Həsənovun oğlu atasının müalicəsində "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyevin dəstək göstərdiyini söyləyib:
"Ehtiram müəllimə öz dərin təşəkkürümü bildirirəm. O, tez-tez atamın vəziyyəti ilə maraqlanır və lazımi dəstəyi göstərir".
Qeyd edək ki, İman Həsənov ötən ay insult keçirib.