Sağlamlıq
Tualetin qapağını niyə açıq qoymamalısınız? -
Sağlamlıq
314

Tualetin qapağını niyə açıq qoymamalısınız? - Mütəxəssis izah etdi

Yuyulma zamanı tualetin qapağı bağlanmalıdır. Bunun niyə bu qədər vacib olduğunu hamam qurğuları üzrə mütəxəssis Eleanor Potter izah edir.

E-saglam.az xəbər verir ki, tualetin qapağı yuyularkən açıq olarsa, kiçik su hissəcikləri zərərli bakteriyaları otaqda yaya bilər. Mikroblar dəsmallarda, dəzgahlarda və hətta diş fırçalarında da ola bilər.

2019-cu ildə Cork Universitet Kollecinin alimləri müəyyən etdilər ki, tualet oturacağının bağlanması yuyulma zamanı və sonra səthlərdə su damlalarının yayılmasını 30-60% azaldır.

Aydındır ki, tualet vərdişlərimizə bu sadə düzəliş bizim ümumi gigiyenamıza və sağlamlıq təhlükəsizliyimizə böyük təsir göstərə bilər. Bu təcrübə kiçik görünsə də, evdə mikrobların və infeksiyaların yayılmasının azaldılmasında mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun