Sağlamlıq
Tualet kağızının sağlamlıq üçün
Sağlamlıq
157

Tualet kağızının sağlamlıq üçün təhlükəsi

Ginekoloq Tatyana İlyuxina tualet kağızından düzgün istifadə olunmadıqda sağlamlığa zərər verə biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, o, bu barədə şəxsi "Telegram" kanalında xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, xüsusilə sərt və ətirli tualet kağızı mikrotravmalara və allergik reaksiyalara səbəb ola bilər. Nazik və keyfiyyətsiz kağızların kiçik lifləri perineum nahiyəsində qala bilər və bu da iltihab riskini artırır.

İlyuxina vətəndaşlara yumşaq, hipoalerjenik və üç qatlı tualet kağızı seçməyi tövsiyə edir. Yaş salfetlərdən istifadəyə gəlincə, o bildirir ki, defekasiyadan sonra bunlardan daimi istifadə məsləhət deyil. Zərurət yaranarsa, tərkibində spirt olmayan yaş salfetlərə üstünlük verilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun