Sağlamlıq
Transyağlar və onun orqanizmə zərəri
Sağlamlıq

Transyağlar və onun orqanizmə zərəri

E-saglam.az xəbər verir ki, həkim-terapevt Zakir Əliyev deyib: “Yüksək miqdarda transyağlardan istifadə edənlərdə miokard infarktı və şəkərli diabet riski başqalarına nisbətən daha yüksəkdir. Onların xərçəng yaratmaq qabiliyyəti, konserogen təsiri var və qadın sonsuzluğuna ciddi şəkildə təsir edir. Ümumiyyətlə, transyağların qida rasionundan maksimum dərəcədə uzaqlaşdırılması sağlamlıq üçün çox vacibdir”.

Bu qədər təhlükəni özündə birləşdirən həmin yağlardan çoxları xəbərsizdir. Paketlənmiş hər hansı qidanın transyağa malik olub-olmadığını öyrənmək məqsədilə etiket məlumatlarını və məhsulun tərkibi barədə məlumatların qeyd edildiyi bölmələri diqqətlə oxumaq lazımdır. Belə ki, bəzi qablaşdırma məmulatlarında “transyağ” əvəzinə “hidrogenləşdirilmiş bitki yağı” ifadəsi yazılır. Amma bu da son deyil. Əslində 1 kiloqram təmiz kərə yağı almaq üçün 20 litr süd lazımdır. Natural südü sərəndə bir sutkadan sonra onun üzərində qaymaq əmələ gəlir.

Təmiz yağı fərqləndirmək üçün digər üsul eyni temperaturda olan yağların əllə sıxılmasıdır. Hansı yağ bərkdirsə, həmin məhsul kərə yağına daha yaxındır. Təmiz kərə yağını kəsəndə parçalanıb tökülməlidir./ AZƏRTAC

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun