Tibbi xəbərlər
Toyundan öncə arıqlamaq istəyi gəlinə baha başa gəldi:
Tibbi xəbərlər
243

Toyundan öncə arıqlamaq istəyi gəlinə baha başa gəldi: sonsuz qaldı

29 yaşlı diyetoloq Sintiya Donovan toy günü ideal bədən formasında görünmək istəyib. Bu məqsədlə o, sərt pəhrizə başlayıb və nəticədə reproduktiv sağlamlığını itirib.

E-saglam.az xəbər verir ki, onun hekayəsi "People" jurnalında dərc olunub.

Donovan bildirib ki, əvvəllər heç vaxt artıq çəkisi olmayıb, idman zalına mütəmadi gedib və sağlam qidalanmaya önəm verib. Lakin nişanlandıqdan sonra, toya qədər bir neçə kilo arıqlamaq qərarına gəlib. Bu səbəblə o, həm qidalanmanı kəskin şəkildə azaldıb, həm də daha intensiv idman etməyə başlayıb.

İstədiyi görünüşə nail olsa da, nəticələr düşündüyündən ağır olub: menstruasiya dayanıb. Əvvəlcə bu dəyişiklikləri ciddiyə almayıb və doğum nəzarəti dərmanlarını kəsməsi ilə əlaqələndirib. Lakin bir neçə ay keçsə də dövrü bərpa olunmayınca həkimə müraciət edib.

Mütəxəssislər ona "funksional hipotalamik amenoreya" diaqnozu qoyub. Bu, orqanizmin aşağı kalorili qidalanma və həddindən artıq fiziki yüklənməyə verdiyi cavab idi. Donovan yemək rejimini dəyişməli və idman intensivliyini azaltmalı olub. Diaqnozu qəbul etmək onun üçün asan olmasa da, tövsiyələrə əməl edib və altı il sonra ana olub.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun