Xəbərlər
Toydan qabaq kişiyə doğuş sancısı verildi,
Xəbərlər

Toydan qabaq kişiyə doğuş sancısı verildi, görün nə oldu?

Çində qadın doğum sancısı simulyatorunu bəyin üzərində üç saat tətbiq edib.

E-saglam.az lent.az-a istinadla bildirir ki, nəticədə toy ləğv edilib.

Məlumata görə, qadın toydan əvvəl bəyə doğuşun necə olduğunu izah etmək istəyib. Bunun üçün onu bacısının rəhbəri olduğu doğum evinə aparıb. Orada onu doğuş ağrısı simulyatorunu sınamağa məcbur edib. Adama elektrik impulslarından istifadə edərək xoşagəlməz hissləri simulyasiya edən elektrodlar bağlanıb.

“Sevgilim səkkizinci dərəcəli ağrıda özünü pis hiss etməyə başladı və onuncu səviyyədə söyüş söydü. On ikinci səviyyədə o, tərləməyə başladı və şiddətli ağrı səbəbindən hiperventilyasiya etdi. Təcrübənin sonunda o, tamamilə tükəndi və mədəsi taxta kimi sərtləşdi” deyə qadın bildirib.

Simulyatordan sonra kişi qusub və bir həftə qarın ağrısından əziyyət çəkib. Həkimlər onun bağırsaq nekrozu olduğunu aşkar ediblər. O, təcili əməliyyat olunub və həyatı xilas edilib.

Kişinin yaxınları baş verənlərdən xəbər tutanda gəlinin yanına getməyi qadağan edib və qarşıdan gələn toyu ləğv ediblər. Bundan əlavə, qadını məhkəməyə verməyi planlaşdırıblar. Günahı sübut olunarsa, onu üç ilə qədər həbs cəzası gözləyir və təzminat ödəməlidir.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun