Xəbərlər
Tovuzda 4-5 stəkan araq içən çoban atdan yıxılaraq DÜNYASINI DƏYİŞİB
Xəbərlər

Tovuzda 4-5 stəkan araq içən çoban atdan yıxılaraq DÜNYASINI DƏYİŞİB

Tovuzda Kür çayının kənarında 41 yaşlı çobanın meyiti tapılıb.

E-saglam.az xəbər verir ki, rayonun Qaraxanlı kənd sakini olan Ramin Kərəmov Ceyrançöl ərazisində digər çobanlarla görüşüb.

"Bizə gəlmişdi. Həmin vaxt yemək yeyirdik. Çağırdım, gəldi, yemək yedi. Bir az söhbət etdik, sonra çıxıb getdi. Bir-iki dəqiqədən sonra gördüm ki, atdan yıxılıb. 4-5 stəkan araq içmişdi. Maşınla evlərinə apardıq. Təcili tibbi yardım çağırdıq, dedilər ki, dünyasını dəyişib", - deyə çobanın dostu Sübhan Abbasəliyev bildirib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ramin Kərəmov ailəli olub, 3 övladı var.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun