Gözəllik-dəb
Tökülmüş qaş və kirpikləri daha qalın və dolğun edir:
Gözəllik-dəb

Tökülmüş qaş və kirpikləri daha qalın və dolğun edir: Gündə iki dəfə tətbiq etmək kifayətdir

E-saglam.az xəbər verir ki, aşağıda sadalanan üsullar müntəzəm tətbiq edildikdə güclü və dolğun qaş-kirpiklərə sahib olmağa kömək edə bilər.

1. Kastor (gənəgərçək) yağı

Gənəgərçək yağı vitaminlər, zülallar və yağ turşuları ilə zəngindir. Qaş və kirpik follikullarını qidalandıraraq onların daha sürətli və qalın böyüməsinə kömək edir.

Tətbiq: Təmiz bir tuş çubuğu və ya pambıq çubuqla gündə iki dəfə tətbiq edin.

2. Aloe vera

Aloe vera minerallar və vitaminlərlə zəngin olub, saç köklərini qidalandırır və uzanmanı sürətləndirir.

Tətbiq: Təzə aloe vera gelini qaşlarınıza çəkin, 30 dəqiqə saxlayın və yuyun. Gündə iki dəfə tətbiq edin.

3. Hindistan qozu yağı

Laurik turşusu və vitaminlərlə zəngin olan hindistancevizi yağı saç follikullarını gücləndirərək qalınlaşdırır.

Tətbiq: Hər axşam yatmazdan əvvəl tuş və ya qaş fırçası ilə tətbiq edin.

4. Rozmarin yağı

Qan dövranını stimullaşdıraraq saç köklərini aktivləşdirir və yeni tüklərin çıxmasını təşviq edir.

Tətbiq: Kokos və ya jojoba yağı ilə qarışdıraraq yumşaq şəkildə sürtün.

5. Soğan suyu (yalnız qaşlar üçün)

Kükürdlə zəngin olan soğan suyu kollagen istehsalını artıraraq qaşların böyüməsinə kömək edir.

Tətbiq: Həftədə iki dəfə qaşlara çəkin, 15-20 dəqiqə saxlayıb yuyun. Kirpiklərdə istifadə etməyin!

Diqqət: Həssas dəriniz varsa və ya allergik reaksiyalardan çəkinmək istəyirsinizsə, bu üsulları sınamadan əvvəl həkimlə məsləhətləşin.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun