Təzyiqi düzgün şəkildə necə ölçməli?
Təzyiqi düzgün şəkildə necə ölçməli?

"Sağ və sol qolda təzyiq göstəriciləri fərqli ola bilər".

E-saglam.az xəbər verir ki, bu sözləri "aif.ru" ilə söhbətində kardioloq Əzizxon Əskərov deyib.

O, qan təzyiqini düzgün ölçülməsi barəsində danışıb.

Ə.Əsgərov izah edib ki, sağ və sol qolda müxtəlif təzyiq səviyyələri qan axınındakı fərqləri göstərir. Sağ və sol qoldakı göstəricilər fərqlidirsə, həkim göstəricinin daha yüksək olduğu qolda təzyiqi ölçməyi tövsiyə edir.

Qan təzyiqini ölçərkən əsas səhvlərdən danışan kardioloq bildirib ki, təzyiqi ölçən zaman danışmaq və kiməsə diqqətlə qulaq asmaq olmaz: "Həmçinin, təzyiq çılpaq qolla ölçülməlidir, hansısa geyimin üzərindən ölçməklə düzgün nəticəni əldə edə bilməyəcəksiniz. Təzyiqi ölçərkən qol sabit vəziyyətə olmalı, altında dəstəkləyici əşya olmalıdır, yəni qol boş şəkildə havada qalmamalıdır".

Tərcümə etdi: Könül Oruc

E-saglam.az