Faydalı
Tez yuxuya getmək üçün bu iki qidanı yeyin
Faydalı
3530

Tez yuxuya getmək üçün bu iki qidanı yeyin

Britaniyanın “Sleep Charity” təşkilatının yuxu mütəxəssisləri banan və badamın tez yuxuya getməyinizə kömək etdiyi üçün digər qidalardan daha yaxşı olduğunu bildiriblər. Onların yeni açıqlamasını “Mirror” nəşri yayımlayıb.

E-saglam.az xarici KİV-ə istinadla bildirir ki, alimlərin sözlərinə görə, əsas məqam bu məhsulların tərkibindəki kalium və maqneziumdur. Bu iz elementləri gərgin əzələləri rahatlamağa kömək edir. Bananda həmçinin kifayət qədər triptofan, sakitlik hormonlarının istehsalını stimullaşdıran bir amin turşusu var. Mütəxəssislər yatmazdan əvvəl banan yeməyi və ya onunla smuzi hazırlamağı məsləhət görürlər.

Mütəxəssislərin fikrincə, badamın əlavə faydası var. Onun tərkibində yuxu zamanı qan şəkərinin səviyyəsini sabit saxlamağa, eləcə də orqanizmi aktiv adrenalin dövründən istirahət və həzm rejiminə keçirməyə kömək edən zülallar var. Buna görə də, əks göstərişləri olmayan insanlar günortadan sonra qəlyanaltı üçün bir ovuc qoz yeyə yaxud yatmazdan əvvəl badam qırıntılarını süd və bal ilə qarışdıra bilərlər. /lent.az

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun