E-saglam.az xəbər verir ki, qastroenteroloq Karlos Borxes Çaves tez yemək və yemək yeyərkən danışmağın sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib. O, Sapo nəşrinə müsahibəsində bu vərdişlərin təhlükəsini açıqlayıb .
"Biz tez yemək yeyəndə və ya yemək zamanı danışanda şüursuzca havanı uduruq. O, hardasa çıxmalı olacaq: ya gəyirmə şəklində, ya da köp şəklində aşağı düşəcək", - deyə Çavez xəbərdarlıq edib.
Diyetoloq Xose Kamolas da onunla razılaşaraq, oxşar fikri ifadə edir və əlavə edir ki, bu vərdişlərin digər mənfi nəticəsi həzm prosesinin çətinləşməsidir. İş ondadır ki, insan tez yemək yeyəndə yeməyi zəif çeynəyir. Nəticədə böyük parçalar mədədə sona çatır, buna görə də orqan diş funksiyasını yerinə yetirməlidir, deyə izah etdi.
Tərcümə: Könül Oruc