Qidalanma
Tez bişirilən məşhur yeməkdə xərçəng xəbərdarlığı:
Qidalanma
396

Tez bişirilən məşhur yeməkdə xərçəng xəbərdarlığı: Riski 55 faiz artıra bilər

Tez bişən, məşhur qəlyanaltı olan hazır əriştə sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, Memorial Sloan Kettering Xərçəng Mərkəzindən Dr. Tim Tiutan bildirib ki, duzlu pəhrizlər mədə selikli qişasını zəiflədərək H. pylori bakteriyasının inkişafına şərait yaradır və bu da mədə xərçəngi riskini artırır.

“Həddindən artıq duz qəbulu mədə xərçəngi riskini 55%, H. pylori infeksiyası varsa isə bu riski ikiqat artırır,” – deyə mütəxəssis xəbərdarlıq edib.

Hazır əriştə, sosiska, salam və konserv qidalar – duz tərkibi yüksək olan bu məhsullar həm xərçəng, həm də ürək-damar xəstəlikləri üçün risk yaradır. Mütəxəssislər gündə maksimum 6 qram duz qəbul edilməsini tövsiyə edirlər.

H. pylori bakteriyası dünya əhalisinin 40%-də mövcuddur və mədə xorası, həzmsizlik kimi problemlərə səbəb ola bilər. Xəstəlik çox zaman gec mərhələdə aşkarlanır və bu da sağ qalma ehtimalını azaldır.

Dr. Tiutan əlavə edir ki, bu qorxutmaq üçün deyil: "Kiçik pəhriz dəyişiklikləri ilə riskləri azaltmaq mümkündür".

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun