Psixologiya
Tətildən sonra bədənin işə uyğunlaşması üçün neçə gün lazımdır?
Psixologiya
75

Tətildən sonra bədənin işə uyğunlaşması üçün neçə gün lazımdır? Psixoloq açıqladı

Psixoloq Nailə Birarova "Postnews"a verdiyi müsahibədə insanların bayram həftəsonundan sonra işə nə qədər tez uyğunlaşdıqlarını açıqlayıb.

E-saglam.az xəbər verir ki, o, orta hesabla üç-dörd gün çəkdiyini deyir.

"Bəzi insanlar bir gün ərzində asanlıqla iş rejiminə qayıdırlar, digərləri üçün isə bu, hətta bir ay çəkə bilər. Şəxsin əhval-ruhiyyəsini nəzərə almaq vacibdir: şəxsiyyət tipini, adi gündəlik işini, həftəsonu istirahətinin təbiətini - aktiv və ya passiv, yaradıcı və ya hətta sağalmasına zərərli olub-olmadığını", - deyə ekspert bildirib.  

Psixoloq izah etdi ki, uzun həftəsonu ərzində psixika yenidən qurulur və bədənin bioritmləri də buna uyğun olaraq dəyişir. Gündəlik iş rejiminə qayıtmaq üçün iş tapşırıqlarını tədricən cədvəlinizə daxil etmək və eyni anda çoxlu tapşırıq götürməkdən çəkinmək lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun