Xəbərlər
Tərtərdə minaya düşən gəncin ayağı amputasiya olundu -
Xəbərlər

Tərtərdə minaya düşən gəncin ayağı amputasiya olundu - Yenilənib

Bu gün Tərtərdə 23 yaşlı gənc minaya düşüb.

E-saglam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 2001-ci il təvəllüdlü Tərtər rayonunun Qaradağlı kənd sakini Əliyev Həsənli Şahin oğlunun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Bildirilib ki, fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

Məlumata əsasən, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.

***

Hadisə ilə bağlı Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, bu gün Tərtər rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baş verib.

Belə ki, keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı Tərtər rayon Qaradağlı kənd sakini 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu zərərçəkib:

“Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb”.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun