Faydalı
Tərkibindəki Omeqa-3 balıqlardakından 7 min dəfə çoxdur -
Faydalı

Tərkibindəki Omeqa-3 balıqlardakından 7 min dəfə çoxdur - İbrahim Saraçoğludan tövsiyə

Prof. Dr. İbrahim Saraçoğlu son açıqlamasında kətan toxumunun qida dəyərlərinə diqqət çəkərək, balıqla müqayisədə bu yağın xüsusilə Omeqa 3 baxımından daha çox olduğunu ifadə etdi.

E-saglam.az xəbər verir ki, Saraçoğlu kətan toxumunun sağlamlığa faydalarını bu sözlərlə ümumiləşdirib: "Omeqa 3 ürək sağlamlığını qoruyan, beyin funksiyalarını dəstəkləyən və immunitet sistemini gücləndirən bir yağ turşusudur. Ümumiyyətlə Omeqa 3-ü balıqdan aldığımız düşünülsə də, kətan toxumu möcüzədir. Bu baxımdan müntəzəm olaraq istehlak edildikdə orqanizmə çoxlu faydası var".

Kətan toxumunun bu qədər yüksək miqdarda Omega 3 ehtiva etməsi, xüsusilə balıq istehlak etməyən və ya bu yağ turşusunu bitki qaynaqlarından almaq istəyənlər üçün böyük bir üstünlük təmin edir. Saraçoğlu onu da əlavə edib ki, bu şəfalı toxumu üyüdülmüş halda istehlak etmək daha təsirli olur. Bundan əlavə, kətan toxumunun yüksək miqdarda lif və antioksidant ehtiva etdiyini vurğulayan Saraçoğlu, həzm sistemindən dəri sağlamlığına qədər bir çox sahədə fayda təmin etdiyini ifadə etdi.

Kətan toxumuna qatıq əlavə edin və yeyin

Prof. Dr. Saraçoğlu, ən yaxşı faydanı təmin etmək üçün kətan toxumunun təbii və təzə istehlak edilməsi lazım olduğunu ifadə edir: "Toxumlar ya qatığa qatıla bilər, ya da müxtəlif qidalarla birlikdə istehlak edilə bilər. Ancaq nəzərə alınmalı olan məqam odur ki, üyüdüldükdə bədən tərəfindən daha yaxşı sorulur və faydaları daha tez görünür".

Saraçoğlunun bu təklifi sağlam həyata dəstək olmaq istəyənlər üçün əhəmiyyətli bir bələdçidir. Xüsusilə də Omeqa 3-ün faydalarından faydalanmaq istəyənlər gündəlik qida rasionlarına kətan toxumunu daxil edərək bu zəngin mənbədən yararlana bilərlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun