Yandex watch
Tərkibində portağaldan daha çox C vitamini olan bu göyərti

Tərə (vəzəri) 100 qramında 60 mq C vitamini ehtiva edir, portağalı geridə qalır. Bu super qida aşağı kalorili, yüksək qida dəyəri və saysız-hesabsız sağlamlıq faydaları ilə daha çox süfrəyə layiqdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, əksəriyyətimizin ağlına gələn ilk C vitamini mənbəyi olan portağalın əslində bu mövzuda çox daha güclü rəqibi var. Son illərdə unudulan tərəvəz olan vəzəri, tərkibindəki C vitamininin miqdarına görə portağalları üstələyir. 100 qramında 60 mq C vitamini ehtiva edən vəzəri portağalda olan 53 mq-dan çoxunu təklif edir.

Diyetoloqlar tərəfindən ən sağlam qidalar siyahısında olan bu göyərti yalnız C vitamini ilə deyil, kalsium, dəmir və K vitamini kimi bir çox qida maddəsi ilə də diqqət çəkir. Aşağı kalorili və zəngin antioksidantları ilə çoxsaylı sağlamlıq faydaları təmin edir.

Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) vəzərini ən qidalı tərəvəz kimi təyin etsə də, bu tərəvəzin ürək sağlamlığına, sümük quruluşuna və hüceyrə yaşlanmasını gecikdirməsinə təsiri də elmi şəkildə sübut edilmişdir. Su teresi iltihab əleyhinə xüsusiyyətlərə malik olmaqla yanaşı bədəni detoks etməyə kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az