Ümumi praktikant Nadejda Çernışova damar sağlamlığına və qanın özlülüyünə mənfi təsir göstərən qidaları açıqlayıb.
E-saglam.az xəbər verir ki, mütəxəssisə görə, sağlam qan dövranı sistemini qorumaq üçün gün ərzində kifayət qədər su içmək və mövsümi meyvə-tərəvəzə üstünlük vermək vacibdir. Lakin bununla yanaşı, bəzi qidaların istehlakını azaltmaq və ya tamamilə məhdudlaşdırmaq tövsiyə olunur.
Çernışova xüsusilə emal olunmuş və hisə verilmiş məhsulları, kolbasa və hot-doq kimi qidaları pəhrizdən çıxarmağı məsləhət görür. Həkim bildirir ki, bu məhsullar bəzən istehlak edilə bilər, lakin əsas qida mənbəyinə çevrilməməlidir.
Bundan əlavə, mütəxəssis həddindən artıq spirtli içki və qəhvə istehlakına qarşı da xəbərdarlıq edib. Bu içkilər bədəni susuzlaşdırır, qanın qatılaşmasına və damarlar üzərindəki yükün artmasına səbəb olur.
Tərcümə: Könül Oruc