Yandex watch
Tənbəllərin sevimli üsulu - nəm salfet ilə makiyaj təmizləmək

Makiyajı nəm salfetlə silmək praktik görünsə də, bu üsul dəriniz üçün müxtəlif zərərlərə səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, nəm salfetlərin tərkibində spirt və kimyəvi maddələr mövcuddur, bu da dəridəki təbii nəmi azaldaraq quruluq yarada bilər. Bundan əlavə, salfetlərdəki ətirlər və konservantlar həssas dəriyə malik insanlarda qıcıqlanma, qızarıqlıq və ya səpkilərə səbəb ola bilər.

Nəm salfetlər yalnız səthi təmizləmə təmin etdiyi üçün makiyaj qalıqları və məsamələrdə yığılmış çirklər tam çıxarılmır. Bu vəziyyət məsamələrin tıxanmasına və sızanaqların yaranmasına gətirib çıxara bilər.

Sərt hərəkətlərlə istifadə edilən salfetlər isə dərinin elastikliyini azalda və erkən qırışların yaranmasına səbəb ola bilər.

Tam təmizlənməyən dəridə qalan makiyaj və yağ qalıqları bakteriyaların çoxalmasına səbəb ola bilər ki, bu da müxtəlif dəri problemlərinə yol açır.

Makiyajı təmizləmək üçün nəm salfetlərdən istifadə etmək əvəzinə, makiyaj təmizləyici yağlar, misellar su və ya təbii tərkibli məhsullardan istifadə etmək tövsiyə olunur.

Təmizləmə prosesindən sonra üzünüzü yuyub nəmləndirmək isə dərinizin sağlamlığını qorumaq üçün vacibdir.

Könül Oruc

E-saglam.az