Sağlamlıq
Telefonunuzu zəngli saat kimi istifadə etməyin:
Sağlamlıq

Telefonunuzu zəngli saat kimi istifadə etməyin: Mütəxəssislər gizli təhlükəsindən danışdı

Bir çox insanın yuxudan oyananda etdiyi bir hərəkət var: yataqda cib telefonlarından istifadə etmək. Hələ tam oyanmamış olsaq belə, bu vərdiş gözdən qaçan real təhlükələr gətirə bilər.

E-saglam.az xəbər verir ki, smartfonlar həyatımızın hər sahəsinə inteqrasiya edib. Bir çox əsas xüsusiyyətləri təklif edən bu cihazlar bir çox insan üçün əvəzolunmaz alətə çevrilib.

Smartfonlar iş, ailə ilə ünsiyyət, internetdə gəzmək, hesablamalar aparmaq, oyun oynamaq və ya xəritədə istiqamət almaq kimi bir çox ehtiyaclar üçün istifadə olunur. Əslində smartfonlardan istifadə özü ilə müəyyən təhlükələr də gətirir. Bu, oyanan kimi telefonunuzdan istifadə etməyə öyrəşdiyiniz halda xüsusilə aydın olur. Mütəxəssislər telefondan istifadənin yuxu keyfiyyətinə mənfi təsir göstərdiyinə diqqət çəkir, eyni zamanda ümumi sağlamlığa təsirinin də vurğulayır.

Elektron zəngli saat gündəlik həyatda daha yaxşı yuxu gigiyenası üçün dəyərlidir

Telefonunuzla çarpayının yanında yatmaq adi bir vərdiş halına gəlsə də, zəngli saatı bir neçə dəfə mürgüləməyə də səbəb ola bilər. Lakin ekspertlər bunun əslində mənfi təsir göstərdiyini deyirlər.

O, həmçinin beyninizi texnoloji diqqəti yayındıran şeylərdən uzaqlaşdıracaq. Bir şey dəqiqdir, mexaniki və ya elektron zəngli saat gündəlik həyatda daha yaxşı yuxu gigiyenası üçün dəyərli müttəfiq ola bilər. Buna görə də onu seçməlisiniz.

Bu cür zəngli saatlar yalnız diqqəti yayındıran amilləri azaltmaqla yanaşı, həm də müntəzəm yuxu rejimi yaratmağa kömək edir. Bu, hər gün eyni saatda qalxmaq deməkdir. Beləliklə, yaxşı bir dövrədən faydalanacaqsınız və oyanışlarınız getdikcə asanlaşacaqdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun