Sağlamlıq
Telefonunuzu tualetə aparırsınız?
Sağlamlıq
287

Telefonunuzu tualetə aparırsınız? Sağlamlığınızı riskə atırsınız

Günümüzdə bir çox insan üçün tualetə girərkən telefon götürmək artıq adət halını alıb.

E-saglam.az xəbər verir ki, sosial şəbəkəyə baxmaq, mesaj yazmaq və ya xəbərləri oxumaq kimi görünən bu “zərərsiz” vərdiş, əslində bədən və beyin sağlamlığını təhdid edir.

Mikrobların mərkəzinə çevrilir

Araşdırmalar göstərir ki, mobil telefonlar tualet mühitində E.coli, Salmonella, norovirus kimi bakteriyalarla çirklənə bilər. Bu mikroblar telefona yapışaraq sonradan əllə, sifətlə və ağızla təmasa keçir – nəticədə bağırsaq infeksiyaları, ishal və mədə-bağırsaq pozğunluqları baş qaldıra bilər.

Beyin sağlamlığına təsiri: “Toilet scroll” sindromu

Telefonla tualetdə uzun müddət qalmaq bədənin təbii reflekslərini pozur. Qəbizlik, hemoroid və hətta autonom sinir sisteminin balanssızlığı baş verə bilər. Həmçinin bu zaman beyində davamlı dopamin ifrazı səbəbilə diqqət dağınıqlığı və informasiya asılılığı inkişaf edə bilər.

Tualetdə uzun qalmaq zərərlidir

Ayaq və diz oynaqları gərgin qalır

Qan dövranı zəifləyir

Hemoroid riski artır

Nə etmək lazımdır?

Tualetə girəndə telefonunuzu kənarda qoyun

Əgər istifadə etməyə çox alışmısınızsa, özünüzə zaman limiti qoyun

Telefonu gündəlik dezinfeksiya etməyi unutmayın

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun