Təklik, xüsusilə şəkərli diabet xəstələri üçün ciddi sağlamlıq riski sayılır.
E-saglam.az xəbər verir ki, ABŞ-nin Tulane Universitetinin alimləri bildirir ki, sosial təmasın olmaması pis qidalanma, siqaret və depressiyadan daha təhlükəlidir.
“European Heart Journal”da dərc edilən araşdırmada 18 mindən çox diabet xəstəsi izlənilib. Onlardan heç birində ürək-damar problemi olmayıb. Lakin növbəti illərdə təxminən 3000 nəfərdə ürək xəstəlikləri inkişaf edib. Araşdırma göstərib ki, tək yaşayan və ya sosial əlaqəsi az olan xəstələrdə bu risk 26% daha yüksəkdir.
ABŞ cərrahı generalı Vivek Murthy də qeyd edib ki, təklik gündə 15 siqaret çəkməyə bərabər zərərlidir — bu sağlam insanlara da aiddir.
Tədqiqat müəlliflərindən Dr. Lu Qi isə diabet xəstələrinə yaxşı münasibətlər qurmağı, qrup fəaliyyətlərinə qoşulmağı və ortaq maraqları olan insanlarla əlaqə yaratmağı tövsiyə edib.
Tərcümə: Könül Oruc