Təcili tibbi yardım avtomobilləri avtobus zolaqlarından istifadə edəcək? -
Təcili tibbi yardım avtomobilləri avtobus zolaqlarından istifadə edəcək? -

Hazərda təcili tibbi yardım avtomobillərinin avtobus zolaqlarında hərəkətinə icazənin verilməsi ilə bağlı aidiyyəti üzrə danışıqlar aparılır.

E-saglam.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə medianın suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, əgər aparılan danışıqlar müsbət həllini tapsa, təcili tibbi yardım avtomobilləri çağırış yerinə daha tez çatacaq. 

Könül Oruc

E-saglam.az