Faydalı
Təbii dərman effekti verir:
Faydalı
139

Təbii dərman effekti verir: Orqanizmi toksinlərdən təmizləyir

Əsrlər boyu Hindistanda, Çində və Yaxın Şərqdə istifadə edilən muskat qozu yalnız yeməklərə xüsusi dad qatmaqla qalmır, həm də sağlamlıq baxımından təbii vasitə kimi tanınır.

E-saglam.az xəbər verir ki, bu gün də bir çox ailələr onu mədə problemlərindən tutmuş yuxusuzluğa, dəri sağlamlığından immunitetin gücləndirilməsinə qədər faydalı hesab edirlər.

Həzmə dostdur

Muskat qozu ağır yeməklərdən sonra yaranan şişkinlik və qazın qarşısını alır, həzmi yüngülləşdirir. Əvvəllər analar uşaqların mədə ağrılarını azaltmaq üçün yeməklərinə muskat əlavə edirdilər.

Yuxunu yaxşılaşdırır

Yatmazdan əvvəl ilıq südə az miqdarda muskat qatmaq əsəbləri sakitləşdirir, rahat yuxuya kömək edir. Bu üsul hələ də ənənəvi “təbii yuxu dərmanı” kimi istifadə olunur.

Ağız sağlamlığını qoruyur

Antibakterial təsiri sayəsində muskat ağız qoxusunu azaldır, diş və diş ətini gücləndirir. Keçmişdə diş ağrılarına qarşı da işlədilirdi.

Ağrıları və şişi azaldır

Antiinflamatuar xüsusiyyətləri əzələ və oynaq ağrılarını yüngülləşdirir. Hətta soyuqdəymə zamanı muskat pastası ənənəvi üsul kimi istifadə olunub.

Beyin üçün faydalıdır

Tarixən “beyin qidası” adlandırılan muskat yaddaşı gücləndirir, diqqəti artırır və sinir sistemini qoruyur.

Təbii detoks təsiri göstərir

Qaraciyər və böyrəkləri dəstəkləyərək orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir, enerji verir.

Ürək və cinsi sağlamlıq üçün

Kalium və maqneziumla zəngin muskat qan təzyiqini tənzimləyir, qan dövranını yaxşılaşdırır və təbii afrodizyak kimi tanınır.

Dəriyə canlılıq bəxş edir

Antibakterial və qan dövranını artıran təsiri ilə dəriyə parlaqlıq gətirir, sızanaqlarla mübarizə aparır.

İmmuniteti gücləndirir

Antioksidantlarla zəngin olan muskat infeksiyalara qarşı qoruyur, mövsümi xəstəliklərə qarşı müqaviməti artırır.

Diqqət!

Muskat güclü ədviyyatdır. Həkimlər gündəlik yalnız bir çimdik istifadəsini tövsiyə edir, çünki həddindən artıq qəbul yan təsirlərə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun