E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.
Şəhər: Bakı
Son müraciət: 31.01.2024
Görəcəyiniz işlər:
Sənəd dövriyyəsi zamanı poçt xidməti ilə əlaqələnmənin (daxil və göndərilən sənədlərin təhvil-təslimi) həyata keçirilməsi
Təhvil alınmış sənədlərin qeydiyyata alınması üçün aidiyyəti üzrə məsul şəxsə təqdim edilməsi
Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi
Göndərilən sənədlərin reyestrini tərtib etmək və qovluğa tikilməsi, geri qayıtmış sənədlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək üçün tədbirlərin görülməsi
Göndərilən sənədlərin nömrələnməsinə dəstək verilməsi və göndərilən sənədlərin aidiyyəti üzrə qovluqlara tikilməsi
Tələb olunduğu halda daxil olan sənədlərin qeydiyyatı və icra statusu barədə məlumatların verilməsi
İşin xüsusiyyətindən asılı olaraq digər şöbə və strukturlarla koordinasiyanın təmin edilməsi
Şöbənin fəaliyyətinə dair müvafiq sahə üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak
Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələr və tabeli qurumlardan zəruri məlumatların tələb edilməsi
İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatların bölüşdürülməsi və əldə edilməsi
TƏBİB-in tərkibinə daxil olan müəssisə və təşkilatlara şöbənin fəaliyyət istiqamətinə uyğun məsələlər ilə bağlı metodiki köməkliyin göstərilməsi
Dövlət, həkim və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlərin görülməsi
Azərbaycan Respublikasının qanunvericiliyinə və TƏBİB-in daxili qaydalarına əməl edilməsi.
Bizim üçün uyğun namizəd:
Ali təhsil – Humanitar və idarəetmə ixtisası üzrə (filologiya arzuolunandır)
Sahə üzrə ən azı 1 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili – sərbəst
Kompüter bilikləri: Microsoft Office – yaxşı
Təqdimat hazırlama bacarığı-yüksək
Hesabat hazırlama bacarığı-yüksək
“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
Kargüzarlıq işləri və elektron sənəd dövriyyəsi ilə bağlı peşəkar təlimlər arzuolunandır
Komandada işləmə bacarığı
Məsuliyyətlilik
İşgüzarlıq
Dəqiqlik
İntizamlılıq
Nəticəyönümlülük.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
Müraciət qaydası
CV [email protected] ünvanına göndərilməlidir
Mövzu sətrində “Ümumi şöbə – Məsləhətçi” qeyd olunmalıdır
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqədə iştirak üçün dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.