Xəbərlər
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
Xəbərlər
364

Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib

Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib.

E-saglam.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, H.Elvüsal 75 yaşında dünyasını dəyişib.

O, 1949-cu il iyunun 25-də Kəlbəcərdə doğulub. Bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəl­bə­cər­də çı­xan "Ye­ni­lik" ra­yon qə­ze­tin­də, yer­li radio ve­ri­liş­ləri re­dak­si­ya­sın­da ça­lış­maq­la bə­ra­bər, Azər­bay­can Döv­lət Radio­su ilə əmək­daş­lıq edib. Daha son­ra "A­zər­bay­can gənc­lə­ri", "Kom­mu­nist­" (in­diki "Xalq qə­ze­ti") qə­zet­lə­rin­də iş­lə­yib. "Sə­hər" qə­ze­ti­nin ya­ra­dı­cı­la­rın­dan biri, baş re­dak­to­run müa­vi­ni, "Be­lə-belə iş­lər", "Kri­mi­nal" qə­zet­lə­ri­nin baş re­dak­toru olub. Döv­ri mət­buat­da oçerk­lə­ri, mü­sa­hibə və re­por­taj­la­rı, he­kayə və po­vest­ləri ilə çı­xış edib.

H.El­vü­sal ey­ni za­man­da mah­nı mətn­lə­ri­nin müəl­lifi və hə­vəs­kar bəs­tə­kar kimi də ta­nınırdı.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun