Xəbərlər
Tanınmış aktyor Səhiyyə Nazirliyindən
Xəbərlər
1283

Tanınmış aktyor Səhiyyə Nazirliyindən KÖMƏK İSTƏYİR

“Çox istərdim ki, xarici ölkələrdə nevroloji sanatoriyaların birində müalicəmə şərait yaratsınlar”.

E-saglam.az xəbər verir ki, bu sözləri tanınmış aktyor Allahverdi Yolçuyev Yenicag.az-açıqlamasında deyib.

Uzun müddətdir ki, parkinson xəstəliyindən əziyyət çəkən, buna görə sənətindən də uzaq düşən aktyor yalnız ölkə xaricində bu xəstəlikdən qurtulmağın mümkün olduğunu bildirib.

Sənətçi bunun üçün isə, maddi imkanının olmadığını dilə gətirib:

“Azərbaycanda mütəmadi müalicə alıram, sağ olsun həkimlər, əllərindən gələni edirlər. Amma səhhətimdə irəliləyiş yoxdur. Bu xəstəliyin tam müalicəsi xaricdə mümkündür.

Çox istərdim ki, Səhiyyə Nazirliyi mənə kömək etsin. Xarici ölkələrdə nevroloji sanatoriyaların birində müalicəmə şərait yaratsınlar. Çünki elə maddi imkanım yoxdur ki, öz hesabıma gedib hansısa ölkədə müalicə olunum”.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun