Qidalanma
Tahinlə qarışan möcüzə:
Qidalanma
107

Tahinlə qarışan möcüzə: bədəni bərpa edir, immuniteti gücləndirir

Ənənəvi Anadolu ləzzəti olan tahin və tut bəkməzi birlikdə istehlak edildikdə orqanizmə çoxsaylı faydalar verir.

E-saglam.az xəbər verir ki, bu möcüzəvi qarışıq immuniteti gücləndirir, ürəyi qoruyur, enerjini artırır və həzmi yaxşılaşdırır.

Enerji mənbəyi

Tərkibindəki təbii şəkərlər və sağlam yağlar sayəsində tahin–tut qarışığı gün boyu enerji verir. İdmançılar və iş qrafiki gərgin olanlar üçün xüsusilə səhər yeməyində ideal qidadır.

İmmunitet və sümük sağlamlığı

Tut bəkməzi dəmir və C vitamini, tahin isə E vitamini, kalsium, maqnezium və fosforla zəngindir. Birlikdə istehlak edildikdə qan dövranını dəstəkləyir, anemiyanın qarşısını alır və sümükləri möhkəmləndirir.

Həzm sisteminə faydası

Yüksək lif tərkibli tahin bağırsaq sağlamlığını qoruyur, tut bəkməzi isə təbii işlətmə effekti ilə qəbizliyin qarşısını alır. Davamlı istehlak həzmi asanlaşdırır.

Ürək və dəri dostu

Tahin pis xolesterolu azaldaraq ürəyi qoruyur, tut bəkməzi isə kaliumla qan təzyiqini tarazlayır. E və C vitaminləri sayəsində dəriyə parlaqlıq və sağlam görünüş bəxş edir.

Zehin və əzələ sağlamlığı

Maqnezium və sink beyin fəaliyyətini gücləndirir, kalium və zülal isə əzələləri möhkəmləndirir. Bu səbəbdən tahin–tut qarışığı idmançılar üçün əvəzsiz qidadır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun