
Amerikalı milyarder “Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektin insanı əvəzləyə bilməyəcəyi 3 peşəni açıqlayıb.

E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, o, proqram təminatı, biologiya və enerji sahələrində süni intellektin insan əməyi və zəkasını əvəz edə bilməyəcəyini söyləyib.
Bu sahələrin hələ də insan təcrübəsi və müdaxiləsi tələb etdiyini bildirən Qeyts süni intellektin daha çox təkrarlanan işlərdə təsirli olduğunu deyib.
Milyarderin sözlərinə görə, süni intellekt qarışıq təhlil, texniki bilik və yaradıcılıq tələb edən işləri görə bilməz. (ölkə.az)