E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, tərkibindəki fosfor turşusu kalsiumun udulmasını azaldır, bədən isə tarazlığı qorumaq üçün sümüklərdən kalsium çəkir, bu da sümük sıxlığının azalmasına səbəb olur.
Kofein sidiklə kalsium itirilməsini artırır, şəkər isə sümük mineral sıxlığını azaldır. Bu içkilər, həmçinin kalsium, D vitamini və maqneziumun qəbulunu maneə törədir.
Xüsusilə gənclərdə qazlı içkilərin həddindən artıq istehlakı sümük inkişafını mənfi təsir edə bilər.
Sümük sağlamlığını qorumaq üçün qazlı içkilərin istehlakı məhdudlaşdırılmalı, əvəzində su, süd, qatıq və təbii meyvə şirələri kimi sağlam alternativlər seçilməlidir.
Düzgün qidalanma sümük sağlamlığının əsasını təşkil edir.
Tərcümə: Könül Oruc